Bokonyano "İnter"in tarixində düşdü

22:50 - 20 Fevral 2014

Bokonyano 81-ci, Salukvadze 82-ci oldu
 
Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “Neftçi” - “İnter” matçı “İnter” üçün bir sıra statistik göstəricilərlə əlamətdar olub. 
 
Sportal.az xəbər verir ki, oyunda fərqlənmiş Yoan Bokonyano və Laşa Salukvadze Azərbaycan Çempionatda “İnter” üçün qol vurmuş sayca 81-ci və 82-ci futbolçular oldular. Əgər təcrübəli Laşa Salukvadze yerli birincilikdə fərqlənə bilmiş 9-cu gürcüstanlı futbolçu olsa da, Yoan Bokonyano ölkə çempionatında “İnter” üçün qol vurmuş ilk fransız futbolçu kimi tarixə düşdü.
Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 20 qol olan Baçana Tsxadadze “İnter”in ən yaxşı bombardiridir.

 

Qeyd edək ki, klubun tarixində yerli futbolçulardan başqa Belorusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Tonqodan, Konqodan, Xorvatiyadan və Kosta-Rikadan olan futbolçular da fərqləniblər.

Xəbər xətti