Komanda səfərdə son məşqinə çıxıb
Premyer Liqanın 24-cü turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "İnter" klubu matçın keçiriləcəyi Lənkəran şəhər stadionunda məşqə çıxıb.
Sportal.az xəbər verir ki, yüngül xarakterli məşq prosesi 1 saat çəkib.
Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular topla çalışıblar.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" qarşılaşması bu gün, saat 16:00-da başlayacaq.
saytlarin hazirlanmasi