"İnter" millimizin futbolçusunun xidmətindən məhrum oldu

00:26 - 15 Mart 2014

Əmircanov məşqə qatılmadı
 
Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Neftçi”yə qarşı keçirilən ilk oyunundan sonra istirahətə buraxılan “İnter” klubu dünən bir araya gəlib.
 
Sportal.az xəbər verir ki, komanda “Qarabağ”la oyunun hazırlığına “Şəfa” stadionunda başlayıb. Amma Kaxaber Sxadadze ilk məşqdə heyətin bütün üzvlərindən yararlana bilməyib.
 
Belə ki, “Neftçi” ilə oyunda xəsarət alan aparıcı futbolçu Ruslan Əmircanov məşqə qatılmayıb. Amma ehtimal var ki, təcrübəli cinah oyunçusu matça qədər hazır vəziyyətə gəlsin.
 
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu bazar günü keçiriləcək.

Xəbər xətti