"Artıq hədəfimiz 2-3-cü yerləri tutmaqdır"
"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Oyun ilk 25 dəqiqəsinə kimi nə biz, nə də ki rəqib oyuna hakim ola bilmədi. Sonradan "Qarabağ" üstünlüyü əla aldı və oyundan qalib ayrıldı."
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze detyib. Sxadadze "Qarabağ"a təriflər yağdırıb:
"Etiraf edirəm ki, bu gün "Qarabağ"ın oyunu mənə zövq verdi. Artıq komandanın futbolçuları bir-birilərinə tam uyğunlaşa biliblər. Düşünürəm ki, çempionluq uğrunda mübarizədə məhz onlar qalib olacaqlar. Həqiqətən də buna layiqdirlər. Qurban Qurban yaxşı komanda formalaşdıra bilib. Bizim hədəfimiz bəllidir. Bundan sonra çalışacağıq ki, 2-3-cü yerlər uğrunda mübarizə aparaq. Bu oyunu yaddan çıxarıb qarşıdakı iki oyunu düşünməliyik. Bizi "Neftçi" ilə çətin kubok oyunu və Premyer Liqada "Qəbələ" ilə ağır oyun gözləyir."
saytlarin hazirlanmasi