Cavadov: "Qarabağ"ın heç o qədər də qol imkanı olmadı"

13:53 - 17 Mart 2014

"Bunu Kaxa deyibsə, bu onun fikridi"
 
"Qarabağ"ı təbrik edirəm edirəm qələbə münasibəti ilə. Amma demək olar ki, səhvlərdən qol buraxdıq. Heç "Qarabağ" da bizi səhv etməyə məcbur etmədi. Sadəcə özümüz səhv etdik və qol buraxdıq. Bizim qapıya vurulan qollar yalnız səhvlərimizdən sonra oldu. "Qarabağ"ın heç o qədər də qol imkanı olmadı".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in futbolçusu Vaqif Cavadov deyib.
 
Cavadov Kaxabar Sxadadzenin "Onların oyunçularının səviyyəsi bizimkilərdən üstündü" - açıqlaması ilə razılaşmadı:
 
"Bunu Kaxa deyibsə, bu onun fikridi. Mən şəxsən belə düşünmürəm. Bizdə də xeyli sayda yaxşı, səviyyəli futbolçular var. Sadəcə çoxdandı uduzmurduq ki, bu uğurlu seriyanın da nə vaxtsa qırılacağını bilirdik. Elə oldu ki, bu "Qarabağ"la matça təsadüf etdi. İndi qarşıdan "Neftçi"ylə çətin səfər matçı gəlir. Bu oyunu unudub, qarşıdakı kubok matçında diqqətimizi yönəltməliyik. Çünki səfərdə də bizi "Neftçi"ylə asan oyun gözləmir".

Xəbər xətti