"Bu gün isə o qədər qol imkanımız olmadı"
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "İnter" səfərdə "Neftçi" ilə qolsuz heç-heçə edərək kubokla vidalaşıb.
Sportal.az xəbər verir ki, "İnter"in baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra bunları dilə gətirib:
“Oyun yaxşı keçdi. Təəssüf ki, qol vura bilmədik. İki oyunun nəticəsinə görə məğlub olduq. İlk oyunda “Neftçi”nin qapısına 12 zərbə endirdik, ondan biri qol oldu. Bu gün isə o qədər qol imkanımız olmadı”.
saytlarin hazirlanmasi