Sxadadze: "Bu cür qələbədən sonra oyunumuzu analiz edə bilməyəcəm"

18:15 - 23 Mart 2014

"Sabit komanda həmişə məqsədinə çatır"

 

“Hamının bayramını təbrik edirəm, can sağlığı, xoşbəxtlik arzu edirəm. Bu cür qələbədən sonra oyunumuzu analiz edə bilməyəcəm. Daha çox emosiyalar üstündür. Futbolçularımı gözəl oyuna görə təbrik edirəm, çox qol vurduq. Bu oyunu tezliklə unudub qarşıdakı son mərhələyə hazırlaşmalıyıq.

 

Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib. Sxadadze qələbəyə belə şərh verib:

 

"Turnir cədvəlində hansı mövqedə olacağımız qarşıdakı oyunlarda bilinəcək. Sabit komanda həmişə məqsədinə çatır. Biz də bu cür oyunla avrokuboklara düşməyə çalışmalıyıq. Rəqib “Neftçi” və “Qarabağ”a qarşı müxtəlif sistemlərlə oynamışdı. Biz də bunu nəzərə alıb oyunumuzu qurduq”. 

Xəbər xətti