"Dünənki şərtlərdə oyun heç bir komandanın xeyrinə getməzdi"
“Qəbələdə vacib qələbədən sonra gözəl oyunla 3 xalı qazandıq. Komandamı təbrik edirəm. Bugünkü oyun da vacib, öncəki turdakı uğuru möhkəmlətməli idik”.
Sportal.az xəbər verir ki, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Premyer Liqanın XXVIII turunun “Rəvan”la oyunu haqda fikirlərini açıqlayıb:
“Bu cür oyuna psixoloji hazırlaşmaq çətin idi. Rəqib daha psixoloji cəhətdən daha sərbəst idi. Qol vurmağımıza baxmayaraq, bəzi futbolçularda həyacan var idi. Fasilədə komanda ilə danışdıq, futbolçular özlərini ələ aldılar və ikinci hissəni böyük üstünlüklə başa vurdular. Avrokuboklar uğrunda mübarizədə psixoloji cəhətdən daha dözümlü olan komandalar mükafatçılar sırasına düşəcək. PFL-ə oyunu təxirə saldığı üçün təşəkkürümü bildirirəm. Dünənki şərtlərdə oyun heç bir komandanın xeyrinə getməzdi. Bu gün isə daha yaxşı hava şəraitində oynadıq, hər iki komanda baxımlı oyun göstərdi. 7-8 futbolçumuz sarı vərəqə limitində idi. İstənilən futbolçu lazımsız vərəqə alarsa cəzalanacaq”.
saytlarin hazirlanmasi