Elvin Əsgərov "İnter"in müdafiəçisinin istəyini yerinə yetirmədi

10:43 - 1 Aprel 2014

Futbolçu çox çalışsa da, sarı vərəqə ala bilməyib
 
Dünən keçirilən "İnter" "Rəvan" matçından sonra maraqlı hadisə yaşanıb.
 
Sportal.az xəbər verir ki, “İnter”in aparıcı müdafiəçisi Brus Abdullaye bilərəkdən sarı vərəqə almaq istəyib. Belə ki, hesabında 3 sarı vərəqə olan Abdulaye oyundan sonra 4-cü sarını almaq üçün hakimlərə yaxınlaşıb və mübahisə edib. Brus özündən çıxmış insanlar kimi, bir neçə dəfə hakimə tərəf hücum edib. Lakin Elvin Əsgərov buna əhəmiyyət verməyib, daha sonra isə PFL mühafizəçiləri müdafiəçini oradan uzaqlaşdırıblar.
 
Futbolçu paltardəyişmə otağına qayıdarkən isə tribunada əyləşən birinə "Sarı vərəqə almaq istəyirdim ki, "Simurq"la oyunu buraxım" deyib.

Xəbər xətti