- Baçana, “Rəvan”la matç barədə nə deyə bilərsiniz?
-Öncə bir qədər çətin oldu. “Rəvan”nın əsas məqsədi bizə oynumuzu göstərməyə mane olmaqdan ibarət idi. Onlar bizə oyun tərzimizə uyğun oynamağa mane olmağa çalışdılar. Böyük hesaba baxmayaraq deyə bilərəm ki, biz daha çox qol vura bilərdik. Rəqibin isə bir təhlükəli anı oldu, həmin anda da bizim bəxtimiz gətirdi.
- Oyun çox uzun alındı, çünki əlverişsiz hava şəraiti səbəbindən 11-ci dəqiqədə oyun təxirə salındı. Bu vəziyyət futbolçulara necə təsir göstərdi?
- Qeyd etdiyim kimi, dünənki oyunun əvvəlində bizə bir qədər çətin oldu, axı bütün futbolçular bazar günü keçiriləcək matça köklənmişdilər. Ancaq matç təxirə salındı və oyunu davam etdirmək üçün daha bir gün bazada qalmalı olduq ki, bu da müəyyən mənada rahatsızlıq yaratdı. Psixoloji planda çətin idi, oyuna yenidən köklənməli olduq. Lakin uşaqlara halal olsun ki, toparlana və özlərini göstərməyi bacara bildilər.
- Bununla belə, oyunun təxirə salınması yaxşı ideya idi, axı komandaların bazar günü meydançada keçirdikləri qarlı-çovqunlu 11 dəqiqəni böyük çətinliklə futbol adlandırmaq olardı...
- Səmimi deyim ki, mən futbol meydançasında belə hava görməmişdim. Bundan başqa, mən belə havada futbol oynanıldığını hətta televiziyadan da seyr etməmişəm.
- “Rəvan” üzərində qələbə “İnter”ə turnir cədvəlindəki yerini qorumağa imkan verdi. Ancaq qarşıda sizi 8 tur gözləyir. Necə düşünürsən, komanda məqsədinə və mükafatçılar sırasına düşməyi bacaracaq?
- Bu 8 tur bütün komandalar üçün vacibdir. Hər növbəti oyun bizim üçün final oyununa bərabər olacaq. Biz “Rəvan”la keçirdiyimiz son oyunda olduğu kimi, uğurla çıxış etməliyik. Futbolçular meydançada bütün güclərini qoymalıdırlar. Nəyə qadir olduğumuzu nümayiş etdirməliyik.
- Mövsüm sona yaxınlaşır və bu mərhələdə oyunçularda tez-tez yorğunluq müşahidə olunur. Fiziki yorğunluqla yanaşı, həm də futbolçularda əksini tapan psixoloji yorğunluq da var. Bununla bağlı səndə vəziyyət necədir?
- Komandanın ixtiyarında lazım olduğu təqdirdə bir-birlərini əvəz edəcək çox sayda oyunçular var. “Rəvan”la oyunda biz Cavadovsuz, Əmircanovsuz və digər futbolçularsız oynadıq. Bununla belə, zəruri nəticəni qazandıq. Əladır ki, komanda işini yerinə yetirir və uşaqlar layiqincə bir-birilərini əvəz edirlər. Son turlarda Mikel Alvaro komandaya çox kömək edir, ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Mənə gəldikdə isə deyə bilərəm ki, hazırda özümü iki-üç tur öncəkindən daha yaxşı hiss edirəm. Qapını dəqiq nişan almadığım an olmuşdu və bu, müəyyən problemlər doğurmuşdu. Mən çox əsəbiləşirdim və buna görə oyunum alınmırdı, lakin indi özümü daha yaxşı hiss edirəm.
- “İnter” artıq Azərbaycan kuboku turnirindən uzaqlaşdı. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Belə ki, komanda kubok qazanmaq şansından məhrum oldu, ancaq buna baxmayaraq kubok turnirindən uşaqlaşması komandaya tamamilə çempionat oyunlarına köklənməyə imkan yaratdı. Bu vəziyyəti komanda necə qarşıladı?
- “Neftçi” ilə cavab oyundan sonra soyunub-geyinmə otağında bu oyunlar və ümumilikdə kubok barədə bütün söhbətləri yekunlaşdırdıq. Bundan başqa biz bir-birimizə söz verdik ki, çempionatda başladığımız işi sona çatdırmalıyıq.
- Qarşıda komandanı səfərdə “Simurq”la çətin oyun gözləyir. Zaqatalada keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, “Simurq” 6-cı yeri tutmasına baxmayaraq ölkənin ən yaxşı komandalarından biridir. Onların sərgilədikləri futbol mənim çox xoşuma gəlir. Komanda bu oyuna yaxşı hazırlaşmalıdır, axı bizi çətin matç gözləyir. Hər şey futbol meydançasında həll olunacaq.