"Yalnız bu halda avrokuboklara düşə bilərik" MÜSAHİBƏ

14:50 - 5 Aprel 2014

 

Şpiçiç: "Belə taktika hücumlara daha çox qoşulmağa imkan verir"
 
“İnter”in xorvat müdafiəçisi Matiya Şpiçiç klubun rəsmi saytına müsahibəsində “Rəvan”la (3:0) keçirilən matçdan danışdı, oyunu barədə fikirlərini açıqladı, komandanın çempionatdakı perspektivləri mövsuzuna toxundu və digər suallara cavab verdi.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
-Ötən tur “Rəvan”la oyun demək olar iki çəkdi, lakin buna baxmayaraq “İnter”ə lazım olan nəticəni əldə etmək müyəssər oldu.
-Hava şəraiti gözlənilməz faktordur. Hər iki komanda bazar günü matçına köklənmişdi, lakin pisləşən hava bütün planları pozdu və matç bir günə sonraya təxirə salındı. Bununla belə, uşaqlara oyuna köklənmək və özlərini göstərmək müyəssər oldu.
 
-Amma sizi belə hava yəqin o qədər də təəccübləndirmədi. Axı siz Rusiyanın ən şimal klublarındna birində-Novosibirskin “Sibir” komandasında çıxış etmisiniz.
-Bəli, “Sibir”də oynayanda belə hava şəraitiylə qarşılaşırdıq. Lakin belə küləklə qarı heç zaman görməmişdim, “Rəvan”adək belə havada oynamamışdım.
 
-Oyunsonrası statistik hesabatlarda sizin adınızı meydançada ən çox məsafə qət etmiş futbolçuların siyahısında demək olar həmişə tapmaq olar.
-Etiraf edim ki, buna böyük diqqət ayırmıram. Meydançaya çıxarkən sadəcə işimi yaxşı yerinə yetirməyi düşünürəm və bu, mənim üçün əsasdı.
 
-Komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin istifadə etdiyi taktiki sxemdə sizə hücumlarda böyük rol verilir. Belə taktiki sxemə tam uyğunlaşa bilmisiniz?
-Etiraf edirəm ki, belə sxem mənim üçün hətta 4 müdafiəçilə oynamaqdan daha rahatdır. Belə taktika hücumlara daha çox qoşulmağa imkan verir. Məhz buna görə çempionat oyunlarında bir neçə qol vurmaq mənə müyəssər oldu.
 
-Hazırda komanda turnir cədvəlində 3-cü yeri tutur, lakin qarşıda “İnter”i 8 əsas oyun gözləyir. Sizin nəzərinizcə, “İnter”ə mövsümü özünə lazım olan mövqedə başa vurmaq müyəssər olacaqmı?
- Komanda buna inanır. Hər oyun bizim üçün vacibdir. Xal toplamaq və məqsədə doğru addımlamaq lazımdır. Hər oyuna köklənmək lazımdır, yalnız bu halda avrokuboklara düşə bilərik.
 
-Ötən il siz “İnter”in heyətində avrokuboklarda debüt etmisiniz. Yəqin daha bir qitəmiqyaslı  turnirdə iştirak etmək istəyirsiniz?
-Avrokuboklar- unikal yarışdır. Hər bir futbolçu avrokubok oyunlarında iştirak etmək istəyir. Ümid edirəm ki, bu turnirə düşə biləcəyik. Cari mövsümdə biz yaxşı çıxış edirik və çempionatın nəticələrinə görə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların sırasına düşmək istəyirik.
 
-Qarşıda komandanı “Simurq”la səfər oyunu gözləyir. Bazar günü keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
-“Simurq”-güclü rəqibdir. Bizi çətin oyun gözləyir. Bəli, komandamız yaxşı formadadır, kollektivdə yaxşı atmosfer hökm sürür, bununla belə, anlayırıq ki, bu matç asan olmayacaq. Rəqib doğma tribunalar qarşısında oynayır və onlar bu üstünlükdən istifadə etməyə çalışacaqlar. 

Xəbər xətti