"Simurq" bizdən fərqli olaraq daha sərbəst oynayırdı"
"Vacib 3 xalı qazandıq. Mövsüm sona yaxınlaşdıqca futbolçuların psixoloji hazırlığı ön plana keçir. “Simurq” bizdən fərqli olaraq daha sərbəst oynayırdı, turnir cədvəlindəki mövqeyi buna imkan verirdi. Bundan irəli gələrək ilk hissədə hücumlarımız kəsərli olmadı. Top itikilərinə yol verirdik. Sona yaxın isə nəticəyə oynamalı idik. Bu oyunda da vacib qələbə qazandıq"
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Simurq"la oyundan sonra bildirib:
O, çempionatda qərarlaşdıqları pillədən də danışıb:
"Mükafatçıların son turlarda müəyyən olunacağını düşünürəm. Komandama oyuna və qələbəyə görə təşəkkür edirəm. İlk 6 turdan sonra turnir cədvəlində son pillədə idik. “Qəbələ” bizi çox qabaqlayırdı, indi isə biz onları 7 xal qabaqlayırıq. Komandamız böyük iş görüb. Qarşıdakı 7 oyunda lazımi nəticə ala bilməsək bu uğurun mənası qalmayacaq. Bundan sonra bizə daha çətin olacaq. “İnter” həmişə funksional baxımdan yaxşı vəziyyətdə olub, əsas futbolçuların psixoloji hazırlığı ilə məşğul olacam”
saytlarin hazirlanmasi