Paytaxt təmsilçisindən gözlənilməz məhsuldarlıq
“İnter”in əvəzedici komandası Azərbaycan rekorduna imza atıb.
Sportal.az xəbər verir ki, bakılılar “Simurq”u 6:0 hesabı ilə məğlub edərək mövsümdə vurduğu qolların sayını 82-yə çatdırıb. İndiyədək əvəzedicilərin ölkə birinciliyində heç bir komanda bu qədər qol vurmamışdı. 1997/98 mövsümündə keçirilən və 2008/09 mövsümündən etibarən bərpa olunan yarışların rekordu bunadək də “İnter”ə məxsus idi. Bakılılar 2009/10 mövsümündə 32 oyuna 81 qol vurmuşdu. Həmin rekordunu 1 top yaxşılaşdıran paytaxt təmsilçisi mövsümün son 7 oyununda nailiyyətini daha da artıra bilər
.
Qeyd edək ki, 2010/11 mövsümündə “Bakı” 78 qol (32 oyun), 2011/12 mövsümündə “Neftçi” 73 qol (32 oyun) vurmaqla məhsuldarlıqda ilk “dördlük”də yer alıb
saytlarin hazirlanmasi