"Klub rəhbərliyi Sxadadze ilə müqavilə imzalanmasını nəzərdə tutub, amma ..."

16:23 - 9 Aprel 2014

"İnter" baş məşqçisi ilə müqaviləni uzatmaq istəyir
 
"İnter"İn baş məşqçisi Kaxaber Sxadadze ilə mövsümün sonunda imzaladığı müqavilənin müddəti başa çatır. 
 
Klub rəhbərliyi baş məşqçisi ilə müqavilənin müddətini uzatmaq istəyir. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Sportal.az-a açıqlamasında bildirib:
 
"Mövsümün sonunda baş məşqçi ilə imzalanmış müqavilənin müddəti başa çatır. Klub rəhbərliyi Kaxaber Sxadadze ilə müqavilə imzalanmasını nəzərdə tutub, amma hələlik heç nə rəsmiləşməyib. Bunun üçün hər iki tərəfin razılığa gəlməsi vacibdir. "İnter" klubu Sxadadze ilə işləməyə hazırdır"

Xəbər xətti