Komanda oyun saatını gözləyir
Bu gün Premyer Liqanın 30-cu turu çərçivəsində “İnter” “Neftçi”ni qəbul edəcək
Sportal.az xəbər verir ki, dünən “İnter” saat 16.00-da "Şəfa" stadionunda məşqə çıxdı. Məşq prosesi 1 saata yaxın davam etdi. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışdılar, məşq prosesi asma və qapıya zərbələrlə yekunlaşdı.
Qeyd edək ki, zədəli olan Sezar Meza Kolli və Ruslan Əmircanov məşq prosesində iştirak etmədilər.
Əlavə edək ki, “İnter”-Neftçi” matçı saat 17.00-da başlanacaq.
saytlarin hazirlanmasi