Sxadadze "Neftçi" üzərindəki qələbədən, Mahir Şükürovla münasibətindən danışdı

19:47 - 12 Aprel 2014

"Mövsümü ilk üçlükdə bitirmək üçün həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıyıq"
 
Premyer Liqanın 30-cu turunda "İnter" doğma meydanda "Neftçi"ni məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze bu fikirləri dilə gətirib:
 
“Futbolçularımı təbrik edirəm, layiqli qələbə qazandılar. Oyuna yaxşı başladıq. Hava isti olduğu üçün oyunda sürət aşağı idi. Lakin hər iki komandada faydalı iş əmsalı yüksək idi. Çempionatın səviyyəsi yaxşıdır. Bu oyunu artıq unutmalıyıq. Müəyyən çatışmazlıqlarımız oldu, bunları təhlil etməliyik. Qarşıda 6 oyun var, hər biri bizim üçün final kimidir. Mövsümü ilk üçlükdə bitirmək üçün həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıyıq. “Neftçi” kubokda layiqli qələbə qazanaraq yarımfinala yüksəldi. Hesabda irəli çıxdıqdan sonra təşəbbüsü rəqibə verdik. Hesab bərabərləşdikdən sonra komandaya daha aktiv oynamağı tapşırdım. Mahir Şükürovla aramızda yaxşı münasibət var. Emosiyalara qapılmamağı dedim. Futbolçular bütün fikirlərini oyuna versələr yaxşı olar” 

Xəbər xətti