"Kənardan baxıram, bu, mənə pis təsir edir"

16:35 - 17 Aprel 2014

Əmircanov: "Bakı" ilə matçda oynamayacağım dəqiqdir"
 
"Qəbələ" ilə matçda zədələnən və həmin müddətdən bəri komandasına kömək edə bilməyən "İnter"in təcrübəli futbolçusu Ruslan Əmircanov artıq zədəsini sağaldıb.
 
Bu barədə futbolçu Sportal.az-a açıqlamasında bildirib:
 
"Dünən zədəmi yenidən həkim müayinəsindən keçdim. Həkim bildirdi ki, hər .şey qaydasındadır, zədəm tam sağalıb, artıq məşlərə başalaya bilərsən. Sabahdan fərdi məqşlərə başlayacam və çalışacam ki, qısa müddətdə əvvəlki formamı qaytarım. "Bakı" ilə matçda oynamayacağım dəqiqdır, amma "Xəzər Lənkəran"la oyuna hazır olacam. Bərpa prosesini tez bir zamanda komandama kömək etmək istəyirəm. Düzü, 2004-cü ildə "Karvan"da oynayarkən, düz bir ay zədə üzündən oynaya bilməmişdim. Həmin vaxtdan bu yana zədə almırdım. Bir qədər kənardan baxıram, mənə pis təsir edir. Bu çətin vəziyyətdə, komandama kömək etmək istəyirəm. Mövsümün sonu yaxınlaşır, avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir. Çox istəyərdim ki, mənim də komandaya köməyin dəysin. 

Xəbər xətti