Komandada iki itki var
"İnter"i aprelin 20-də Premyer Liqanın 31-ci turu çərçivəsində səfərdə “Bakı” ilə qarşılaşma gözləyir.
Sportal.az xəbər verir ki, "bankirlər" bu gün saat 13:30-da “Şəfa” stadionunda növbəti məşqinə çıxıb.
Məşq prosesi qaçış və yüngül məşğələlərlə başlayıb. Daha sonra futbolçular topla çalışıblar. Sonda iki komandaya ayrılan heyət üzvləri futbol oynayıblar.
Qeyd edək ki, Laşa Salukvadze və Ruslan Əmircanov fərdi proqram üzrə məşq ediblər. Əmircanov bel nahiyyəsindən aldığı zədədən sonra ilk dəfə məşqə çıxıb.
Əlavə edək ki, sabah “İnter” "Bakı”nın təlim-məşq bazasının stadionunda məşq edəcək.
Xatırladaq ki, “Bakı" - “İnter” qarşılaşması aprelin 20-də keçiriləcək və oyun saat 15:00-da başlayacaq.
saytlarin hazirlanmasi