İspaniyali məşqçi "İnter"də

01:13 - 25 Aprel 2014

Fernandes öz məsləhətlərini verdi
 
AFFA-nın qapıçılar üzrə məşqçi-təlimatçısı Viktor Migel Fernandes 3 gün ərzində “İnter”də oldu.
 
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssisin səfərinin əsas məqsədi klubun Uşaq-Gənclər Futbol Məktəbinin müxtəlif yaş kateqoriyalı komandalarının qapıçıları üçün məşğələlər keçmək idi. Bu müddət ərzində Viktor Migel Fernandes “İnter”in qapıçılar üzrə məşqçiləri üçün nəzəri məşğələlər də keçdi.
 
Dünən isə ispaniyalı mütəxəssisin U-16 komandası üçün keçirdiyi son məşğələdə “İnter”in UGFM-nin məşqçiləri də iştirak etdilər. Viktor Migel Fernandes qapıçılar üçün bir neçə tapşırıq göstərdi və müxtəlif vəziyyətlərdə hərəkətlərlə bağlı tövsiyələrini verdi.


 

Xəbər xətti