"Hələ ki, konkret bir şey yoxdu"
Bu mövsüm "İnter"də uğurlu oyun sərgiləyən Vaqif Cavadovun yayda "bankirlər"lə bitəcək müqaviləsinin yenilənib-yenilənməməsi hələ də açıq olaraq qalır.
Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, bu mövsüm vurduğu 13 qolla bombardirlər cədvəlində yalnız Reynaldodan geri qalan Cavadova açıqlamasında iddialı klublardan təklif aldığını ancaq Bank klubu ilə yola davam etməkdə maraqlı olduğunu bildirib:
"İdidalı klublardan təkliflər var. Ancaq mən burada qalmaq istəyirəm. Danışıqlar gedir. son sözü mövsüm bitəndə söyləmək olar. Hələ ki, konkret bir şey yoxdu".
Sonda onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Cavadov yayda bitəcək müqaviləsini yeniləyəcək. "İnter" komandanın ən sərrast futbolçusuna 2 illik müqavilə təklif edəcək.
saytlarin hazirlanmasi