"İnter"in futbolçusu xəstəxanalıq oldu

00:02 - 27 Aprel 2014

Cəmil Hacıyev oyunu yarımçıq etdi
 
Əvəzedicilərin çempionatında 32-ci turda "İnter" "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, bu qarşılaşmada "İnter"in müdafiəçisi Cəmil Hacıyev xəstəxanalıq olub. Belə ki, rəqibin futbolçusu ilə hava mübarizəsinə qalxan Hacıyev toqquşaraq beyin tramvası alıb. Oyunu yarımçıq tərk edərək xəstəxanaya çatdırılıb.

Xəbər xətti