Sxadadze: "Erkən qol da öz sözünü dedi"

21:47 - 27 Aprel 2014

"Bundan sonrakı oyunlarda da qalib gəlib nəticə qazanmaq istəyirik"
 
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 32-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, o, 3:0 hesablı qələbəyə belə şərh verib:

"Əla qələbə qazandıq. Komandam çox yaxşı oynadı. Uşaqları təbrik edirəm. Öz yerimizi möhkəmləndirmək üçün qələbə qazanmaq bizə vacib idi. Erkən qol da öz sözünü dedi. Bundan sonrakı oyunlarda da qalib gəlib nəticə qazanmaq istəyirik. İnanıram ki, daha yaxşı olacaq".

Xəbər xətti