"Xəzər-Lənkəran"la oyun asan olmadı. Bizə erkən qol çox kömək etdi, ondan sonra biz daha inamla oynamağa başladıq. Ümumiyyətlə, son 3 turda biz “Neftçi”, “Bakı” və “Xəzər-Lənkəran” kimi güclü komandalarla qarşılaşdıq və belə ambisiyalı komandalarla görüşlərdə yüzfaizlik nəticə qazanmaq əladır. İndi komandanı “Sumqayıt”la qarşılaşma gözləyir. Etiraf edim ki, bu komandayla oyun çətin olacaq. Mən bir müddət “Sumqayıt”ın heyətində çıxış etmişəm və bilirəm ki, bu oyunçular 90 dəqiqə ərzində özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bu komanda yaxşı hücuma keçən gənc futbolçulardan ibarətdir. Onlar bunu ötən oyunlarda da göstərdilər. Biz bu oyuna səylə hazırlaşırıq və özümüzü yaxşı tərəfdən göstərməyə calışacağıq”.