Sxadadze: "Artıq o komandanı tərk edib"

22:11 - 17 May 2014

"Komandanın mövsüm boyu göstərdiyi futbol da xoşuma gəldi"
 
"Komandaları mövsümün bitməsi ilə təbrik edirəm. Son oyunu gözəl qələbə ilə başa vurduq. Futbolçulara bu mövsüm göstərdikləri çalışqanlığa görə bir daha təşəkkür edirəm. “Qarabağ” çempionluğa layiqli idi, biz də ikinciliyə. Komandanın mövsüm boyu göstərdiyi futbol da xoşuma gəldi. Bugünkü oyunda əvəzedici heyətin futbolçuları uğurlu çıxış etdilər. 90 dəqiqəni tam oynamaq iqtidarında olmasalar da, əsas heyətin oyunçularını layiqincə əvəz edə bildilər. Çempionatın səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb".
 
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"İn baş məşqçisi Kaxaber Sxadadze AZAL qalibiyyətindən sonra deyib. O, komandanın gələcəyi haqqında da fikirlər söyləyib:
 
"Komandadan getmək istəyənlərə uğurlar arzu edirəm. Artıq Ruslan Əmircanov komandanı tərk edib. Digər futbolçular haqqında heç nə deyə bilmərəm. Təbii ki, komandadan futbolçuların getməyi üzücü haldır. Komandanın əsas futbolçuları qalacaq. Lakin həyatda puldan başqa digər amillər də var. Madriqalı qışda komandaya cəlb etdik, potensialına inanırıq. Sürətlidir, hər iki ayağı ilə oynaya bilir. Qarşıdakı mövsümdə özünü göstərəcəyinə inanıram. Flavio Junior və İvo Taborski də komandanı tərk edənlərdəndir. Əsas heyətin 90% saxlayacağıq. Bir hücumçu ilə danışıqlarımızı davam etdiririk. Bu cür güclü keçən çempionatda, güclü rəqiblərə qarşı oyunlarda qazanılan uğur məni sevindirir. Mövsüm çox gərgin və yorucu oldu. Avroliqada uğurlu çıxış etmək istəyirik"

Xəbər xətti