"İnter"in hazırlıq planı məlum oldu

18:21 - 19 May 2014

Əvvəlcə Türkiyə, daha sonra Avstriya
 
Cari mövsümü gümüş medalla başa vuran Bakının "İnter" klubunun hazırlıq planı məlum olub.

Sportal.az xəbər verir ki, "bankirlər" iyun ayının 1-də Türkiyəyə yollanacaq.

Kartepedə baş tutacaq ilk təlim-məşq toplanışı iyunun 10-dək davam edəcək. İyunun 13-də “İnter”in Avstriyada ikinci toplanışı başlanacaq.

Toplanış iyun ayının 27-də yekunlaşacaq, lakin Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu səfərdə keçirilərsə, o zaman toplanış iyulun 1-dək davam edəcək.
 
Qeyd edək ki, Avstriya toplanışı çərçivəsində “İnter” 5 yoxlama matçı keçirəcək. Oyunların vaxtı və rəqiblərin adları yaxın günlərdə məlum olacaq.

Xəbər xətti