Abdulaye, Cavadov və İaşvili

17:11 - 28 May 2014

3 futbolçu 100-ü keçdi
 
Artıq başa çatmış mövsümdə “İnter”in statistik göstəriciləriləri açıqlanıb.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytı bu barədəki ilk materialında çempionat oyunlarında komandanın heyətində meydana ən çox çıxan və fərqlənən futbolçular haqqında məlumat verib.

Abdulaye, Cavadov, Sxadadze və İaşvili

Cari mövsümdə “İnter”in heyətində ən çox oyun keçirən futbolçular Vaqif Cavadov və Aleksandr İaşvili olublar - hərəyə 33 oyun, lakin meydanda ən çox olan onlar yox - Brüs Abdulayedi - 2768 dəqiqə. Vaqif Cavadovun göstəricisi 2726 dəqiqəyə bərabərdi, bu siyahıda üçüncü olan Baçana Sxadadzedi - 2249 dəqiqə.

Qollar

Komandanın 2013/14 mövsümündə ən sərrast futbolçusu Vaqif Cavadov olub - 33 oyunda 14 qol. Vaqif cəmi bir dəfə onbirmetrlik cərimə zərbəsindən fərqlənib. Azərbaycan yığmasının üzvü orta hesabla hər 194,7 dəqiqəyə 1 qolla seçilib. Qol siyahısında ikinci olan oyunçu Baçana Sxadadze 10 qola malikdi. Gürcüstanlı hücumçu da bir dəfə penalti zərbəsini düzgün yerinə yetirib. Baçana orta hesabla hər 224,9 dəqiqəyə 1 qol vurub.

Qeyd edək ki, mövsüm ərzində vurduğu 10 qol Baçana Sxadadzenin Azərbaycan çempionatlarında oynadığı müddət ərzində ən yaxşı göstəricisi kimi tarixə düşüb. Daha əvvəl onun mövsüm ərzində ən məhsuldar nəticəsi 8 qol olub.

Cəmi 33, 17 yeni və 18 legioner

Çempionatın 36 oyununda Kaxaber Sxadadze 33 futbolçunun xidmətindən yararlanıb. Bu siyahıdan 17 futbolçu “İnter”in heyətində məhz cari mövsümdə debüt edib. Qeyd edək ki, cari mövsümdə komandanın heyətində çıxış etmiş 33 oyunçudan 18-i legioner, 15-i isə yerli futbolçu olub.

82 sarı vərəqə

Çempionatın 36 oyununda “İnter”in futbolçularına 82 sarı vərəqə göstərilib - orta hesabla 1 oyuna 2,27 vərəqə. Passivində ən çox sarı vərəqə olan oyunçu Brüs Abdulaye olub - 12 sarı vərəqə. 10 sarı vərəqə görən futbolçu Baçana Sxadadze olub. 6 sarı vərəqə Derlis Meza Kolliyə göstərilib.

“İnter”in heyətində ən intizamlı futbolçular Laşa Salukvadze və Slavço Georgiyevski olublar. Hər iki oyunçu 20-dən çox matç keçirirərək cəmi 1 dəfə sarı vərəqə ilə cəzalanıblar. Cari mövsümdə komandanın cəmi 1 futbolçusuna qırmızı vərəqə göstərilib. Çempionatın 6-cı turunda səfərdə “Neftçi”yə qarşı keçirilmiş oyunda “İnter”in futbolçusu Abdulla Abatsiyev görüşün ikinci hissəsində ikinci sarı vərəqə görərək meydandı tərk etməli olub.

100-dən çox oyun!

Cari mövsüm 3 futbolçu üçün əlamətdar olub. Belə ki, Asif Məmmədov, Arif Daşdəmirov və Georgi Lomaya çempionatda növbəti görüşlərinə çıxaraq “İnter”in heyətində ölkə birinciliyində keçirilmiş matçların sayında  100 rəqəmini ötüb keçiblər. Hazırda komandanın formasını geyinən oyunçular arasında  ən yaxşı göstəriciyə malik olan Asif Məmmədovdu. Yarımmüdafiəçi 112 çempionat oyununda “İnter”in heyətində meydanda olub. Arif Daşdəmirov 110 görüş keçirib, Georgi Lomaya isə 108 çempionat oyununda komandasının qapısını qoruyub.


 

Xəbər xətti