Sportal.az xəbər verir ki, ilk məşqin birinci hissəsini futbolçular trenajor zalında keçiriblər.
Daha sonra oyunçular meydana çıxıblar. İsinmə hərkətləri və qaçışdan ibarət məşq təxminən 1 saat davam edib.
Qeyd edək ki, "İnter"in Türkiyədə gündə iki dəfə məşq etməsi planlaşdırılır. Bu gün komanda axşam məşqinə çıxacaq.