"İnter"in futbolçusu komandada qalmaq üçün rəhbərlikdən nə qədər pul istəyib?

14:02 - 4 İyun 2014

Abdulaye komandada qalacaq?
 
Brüs Abdulayenin Bakı "İnter"i ilə müqavilə bağlamamasının əsl səbəbi məlum olub.

Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, sən demə fransalı futbolçu Bank klubunda yüksək maaş tələb edirmiş.

Məsələ burasındadır ki, ilinə 250 min dollar alan Brüs, yeni müqavilədə daha yüksək məbləğ qeyd edəcəyini bildirib. Geridə qoyduğumuz mövsümü yüksək səviyyədə keçirən futbolçu Bank klubundan 350 min dollar tələb edib.

Futbolçunun bu istəyini komanda rəhbərliyi reallaşdırmayınca, Brüs vətəninə yollanmalı olub..

Xəbər xətti