Sportal.az xəbər verir ki, çalışmalara futbolçular saat 10.00-da trenajor zalında başlayıblar. Daha sonra oyunçular meydana çıxıblar. Məşq müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17.00-da yenidən meydana çıxan futbolçular topla fərqli hərəkətlər ediblər və daha sonra ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, bu gün "İnter" yoxlama görüşünə çıxacaq. Yerli vaxtla saat 14.00-da başlayacaq matçda "İnter" Türkiyə aşağı liqaların birinin təmsilçisi ilə üz-üzə gələcək.