Bakı təmsilçisi Kossokodan imtina etdi

13:11 - 7 İyun 2014

 Futbolçu ilə danışıqlar dondurulub
 
“İnter”in legioner transferini həyata keçirmək istəyi uğursuz alınıb.
 
Sportal.az xəbər verir ki, “bankirlər”in çoxdandır anlaşmaq istədiyi Benin əsilli fransalı Omar Kossoko ilə danışıqlar dondurulub.

Ötən mövsümü Sofiya MOİK-ində keçirmiş Kossoko ilə danışıqları birbaşa “İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolov aparırdı. Ancaq futbolçunun meneceri ilə danışıqlar uğursuz nəticələnib. Bu üzdən diqqətlər Avropada çıxış edən başqa hücumçulara yönəldilib.

Xəbər xətti