"İnter"də yeni futbolçu FOTO

22:29 - 14 İyun 2014

"Kayserispor"un sabiq futbolçusu "ağ-göylər"in heyətində
 
“İnter” Avropa Liqası çərçivəsində keçirəcəyi oyunlar öncəsində heyəti gücləndirməkdə davam edir.
 
Sportal.az xəbər verir ki, "bankirlər" gürcüstanlı futbolçu Aleksandr Amisulaşvili ilə 1 il müddətinə müqavilə imzaladı. Dünən axşam Avstriyaya gələn futbolçu bu gün səhər keçirilən məşqdə heyətlə tanış edildi.

Qeyd edək ki, A.Amisulaşvili son klubu Rusiyanın “Krılya Sovetov” olub, buna qədər təcrübəli müdafiəçi Gürcüstanın “Dinamo”(Tbilisi), Rusiyanın “Krasnodar”, Türkiyənin “Kayserispor” və digər klublarda çıxış edib.
 

Xəbər xətti