"IBA Cup" start götürdü
Məlumat verdiyimiz kimi, bu gün "Şəfa" stadionunda Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "IBA Cup" yeniyetmələr arasında III beynəlxalq futbol turniri start götürdü.
Sportal.az xəbər verir ki, 1-ci turun artıq iki oyunu baş tutdu. Belə ki, "İnter" Almaniyanın "Ayntraxt" klubuyla qarşılaşdı. Oyun 2:5 hesabıyla almanların xeyrinə başa çatdı.
"Karpatı"(Ukrayna)-"Partizan"(Serbiya) qarşılaşmasındasa serblər güclü oldular. Oyun 1:2 hesabıyla Serbiya təmsilçisinin xeyrinə başa çatdı.
Xatırladaq ki, bu gün axşam "Villarreal"(İspaniya)-"Rubin"(Rusiya) matçı saat 18.00-da, "Beşiktaş"(Türkiyə)-"Dinamo"(Tbilisi) qarşılaşmasısa saat 19.30-da baş tutacaq.
saytlarin hazirlanmasi