"İnter" "Vilyareal"la sülh bağladı, "Ayntraxt" "Rubin"i darmadağın etdi

00:33 - 18 İyun 2014

İBA Cup-da növbəti gün
 
"İnter" və AFFA-nın təşkilatçılığı ilə təşkil olunan Bakıda təşkil olunan İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir.
 
Sportal.az xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

Turnirə ev sahibliyi edən "İnter" ikinci oyununda İspaniya "Vilyarreal"ı ilə qarşılaşıb və sülhə razılaşıb. Günün səhər keçirilən digər oyununda isə "Partizan" "Dinamo" ilə münasibətlərinə aydınlıq gətirib. Serblər minimal hesablı qələbəyə seviniblər.

Axşam saatlarında "Rubin" "Ayntraxt"la oyunda darmadağına məruz qaldığı halda, "Karpatı"ya da "Beşiktaş" eyni aqibəti yaşadıb.

İBA Cup
Qrup mərhələsi
17 iyun

A qrupu
İnter (Azərbaycan) - Vilyarreal (İspaniya)  0:0
Rubin (Rusiya) - Ayntraxt (Almaniya)  0:6

B qrupu
Partizan (Serbiya) - Dinamo (Gürcüstan)  1:0
Beşiktaş (Türkiyə) - Karpatı (Ukrayna) 4:0

Xəbər xətti