"İnter" "Rubin"i darmadağın etdi

00:39 - 19 İyun 2014

"İBA Cup"da növbəti gün arxada qaldı
 
"İnter" və AFFA-nın təşkilatçılığı ilə Bakıda təşkil olunan İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir.
 
Sportal.az xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin son turunun oyunları keçirilib.

Turnirə ev sahibliyi edən "İnter" üçüncü oyununda "Rubin"lə qarşılaşıb və inamlı qələbə qazanıb. Qrupun digər oyununda "Ayntraxt"la "Vilyarreal" üz-üzə gəlib və üçüncü görüşündə də qələbəyə sevinib.

"Dinamo" "Karpatı" ilə qarşılaşmadan qalib ayrılıb. Bu qrupun digər matçında isə "Partizan"la "Beşiktaş" qarşılaşıb. Türkiyə təmsilçisi minimal hesabla üstün olub.

İBA Cup
Qrup mərhələsi
18 iyun

A qrupu
Rubin (Rusiya) - İnter (Azərbaycan) - 1:4
Ayntraxt (Almaniya) - Vilyarreal (İspaniya) - 2:1



B qrupu
Dinamo (Gürcüstan) - Karpatı (Ukrayna) - 3:1
Partizan (Serbiya) - Beşiktaş (Türkiyə) - 0:1


 

Xəbər xətti