Paytaxt klubu yerli "Şturm" (Qrats) komandası ilə qarşılaşıb. "İnter"in yoxlama oyunlarındakı ikinci rəqibi ölkəsinin Bundesliqasında mübarizə aparır. Sloveniyalı mütəxəssis Darko Milaniçin baş məşqçisi olduğu komanda ötən mövsümü 5-ci pillədə başa vurub və ölkə kubokunun yarımfinalına kimi irəliləyib.
"İnter" bu rəqibi ilə oyuna aşağıdakı start heyəti ilə çıxıb: Georgi Lomaya, Arif Daşdəmirov, Yohan Bokonyano, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Slavço Georgiyevski, Derlis Meza Kolli, Asif Məmmədov, Elvin Məmmədov, Baçana Sxadadze, Matiya Şpiçiç.
Qarşılaşma 3:2 hesabıyla "bankirlər"in xeyrinə başa çatıb. Birinci və üçüncü qolu müvafiq olaraq Amisulaşvili ilə Bokonyano vurub. İkinci qol isə rəqib futbolçunun avtoqolu sayəsində qeydə alınıb.
Qeyd edək ki, "İnter" Avstriyadakı ilk matçında digər yerli klub "Buxşaxen"i darmadağın etmişdi.