"Beşiktaş" Bakıda çempion oldu

16:21 - 20 İyun 2014

İBA Cup başa çatdı
 
Bildiyiniz kimi, "Şəfa" stadionunda Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "IBA Cup" yeniyetmələr arasında  beynəlxalq futbol turniri keçirilirdi.
 
Sportal.az xəbər verir ki, final qarşılaşması Türkiyənin "Beşiktaş" və Almaniyanın "Ayntraxt" komandaları arasında baş tutub. Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilərdə Türkiyə təmsilçisi qalib gəldi-5:4. Beləliklə, "Beşiktaş" ikinci dəfə turnirin çempionu olub.

Xəbər xətti