"İnter" sabiq futbolçusu: "Komandadakı keçmiş yoldaşlarımı yenidən görmək xoş idi"

17:29 - 24 İyun 2014

"Komandanın mümkün qədər çox mərhələ keçməsini arzulayıram"
 
Məlumat verdiyimiz kimi, dünən"İnter"in keçmiş futbolçusu Bronislav Çervenka komandanın Avstriyadakı düşərgəsinə baş çəkmişdi.
 
Sportal.az
xəbər verir ki, çex futbolçu komandaya baş çəkməsi barədə klubun rəsmi saytına bunları dedi:
 
"İnter"in harada toplanış keçirəcəyini bilirdim. Boş vaxt tapdım və maşınımla toplanış yerinə gəldim. Komandadakı keçmiş yoldaşlarımı yenidən görmək xoş idi. Klubun prezidenti Georgi Nikolovla və baş məşqçi Kaxaber Tsxadadeylə görüşüb söhbətləşmək imkanım da oldu.
 
 Bəli, 2 il öncə “İnter”in sıralarını tərk etmişəm, amma indiyədək komandanın fəaliyyətilə maraqlanıram. Bilirəm ki, tezliklə komandanı Avropa Liqasında iştirak gözləyir və “İnter”ə qarşıdakı oyunlarda uğurlar arzulamaq istərdim! Komandanın mümkün qədər çox mərhələ keçməsini arzulayıram”.
 
Qeyd edək ki,çex futbolçu “İnter”in heyətində 2007-ci ildən 2012-ci ilədək çıxış etmişdi.

Xəbər xətti