Sportal.az xəbər verir ki, "bankirlər" bu dəfə Slovakiyanın "Spartak" (Trnava) klubu ilə qarşılaşıb.
Oyun "İnter"in məğlubiyyəti ilə başa çatıb - 1:2. "İnter"in yeganə qoluna Matiya Şpiçiç imza atıb.
Qeyd edək ki, "İnter" daha öncə keçirdiyi iki yoxlama matçında Avstriyanın "Buxşaxen" klubunu 5:0, "Şturm"u isə 3:2 hesabı ilə məğlub edib.