"İnter" Moldovada ilk məşqinə çıxdı

11:01 - 2 İyul 2014

Əvvəlcə qaçış, sonra taktiki gedişlər
 
Avropa Liqasının birinci təsnifat mərhələsində  Moldovanın "Tiraspol" komandası ilə qarşılaşacaq Bakının “İnter” klubu artıq səfərə yollanıb.

Sportal.az xəbər verir ki, Kaxaber Sxadadzenin komandası “Şerif" İdman Kompleksinin "Kiçik Arena" stadionunda ilk məşqini keçirib.

Məşqə isinmə və qısa məsafələrə qaçışla başlayan futbolçular topla çalışdıqdan sonra taktiki tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, “Tiraspo” - "İnter" matçı iyulun 3-də keçiriləcək.

Xəbər xətti