Sportal.az xəbər verir ki, Moldovada baş tutacaq ilk matç heç bir telekanal vasitəsi ilə canlı yayımlanmasa da, azarkeşlər bu oyunu klub TV-si vasitəsi ilə izləyə bilərlər. İlk öncə internet probleminin olacağından qorxan klub rəsmiləri bu yayımın baş tutub-tutmayacağı haqda qəti fikir söyləmirdilər. Lakin bugün arenaya baş çəkən klub rəsmiləri yayım üçün əlaverişli vəziyyətin olduğunu bildiriblər.
Artıq "Tiraspol" - "İnter" matçının canlı yayımlanması üçün heç bir problem qalmayıb və sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyun "İnter Tv"də canlı yayımda olacaq.