O, qarşılaşmanı tribunadan izləyəcək
Avroliqanın ilk təsnifat mərhələsi çərçivəsində “Tiraspol”la qarşılaşacaq “İnter”, hər iki matça baş məşqçi Kaxaber Sxadadzesiz çıxacaq.
Sportal.az xəbər verir ki, buna səbəb gürcü mütəxəssisin cəzalı olmasıdır. Kaxa ötən il Avroliqanın ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Tromse”yə qarşı baş tutan görüşdən sonra 2 oyunluq cəzalanıb. Bu səbəbdən də o, “Tiraspol”la oyunlar zamanı texniki zonada yer almayacaq. Gürcü mütəxəssis ən azı texniki zonadan 16 metr aralıda dayanmalıdır.
saytlarin hazirlanmasi