"İnter"dən belə futbol gözləmirdik" MÜSAHİBƏ

17:01 - 5 İyul 2014

"Rəqib bu oyunda heç bir cəhətdə bizdən üstün deyildi"
 
"Tiraspol"un hücumçusu Georgi Ovsyannikov Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində evdə məğlub olduqları Bakı "İnter"i ilə görüşdən (2:3) sonra Moldova mətbuatına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:

- "Oyun bizim üçün uğurlu alınmadı. Ev oyunumuzda 3 qol buraxdıq ki, bu da həqiqətən çoxdur. Bununla belə, şadam ki, komanda təslim olmadı və iki qolun əvəzini çıxdı. Lakin bu da vəziyyəti dəyişmədi. Məğlubiyyət məğlubiyyətdir".

- Səncə, nəyin hesabına komanda özünə gəldi və fərqi azaltdı?

- Məsuliyyət və azarkeşlərə borclu olduğumuzu hiss etdik. Şəhərimiz və özümüz üçün oynadıq. Heç bir vəziyyətdə adımıza xələl gətirməməliyik. Özümə gəlib, sonadək mübarizə aparmalı idik ki, bunu da etdik.

- Komandanın erkən iki qol buraxmasına səbəb nə idi?

- İlk qol penaltidən vuruldu ki, bundan da heç bir komanda sığortalanmayıb. Hakim penalti nöqtəsini göstərdi və artıq heç nəyi dəyişə bilməzsən. Bu qoldan sonra komanda toparlana bilmədi və ikinci topu buraxdıq. Oyun ərzində biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Rəqib bizdən güclü deyildi.
 

- "İnter"i "Tiraspol"dan güclü rəqib hesab etmirsən?

- Rəqib bu oyunda heç bir cəhətdə bizdən üstün deyildi. Ancaq onlardan belə futbol gözləmirdik.

- Baş məşqçiniz Vlad Qoyan oyundan sonra sizə nə dedi?

- Oyunda 3 qol buraxan müdafiə xəttindən narazılığını bildirdi. Bu, bütün komandanı məyus etmişdi.

- "Tiraspol" hansı keyfiyyətlərinə görə səfərdə "İnter"i üstələyə bilər?

- Özünəgüvən, müdafiədə etibarlı oyun, rəqib cərimə meydançasında təzyiq və təhlükəli hücumlar hesabına "İnter" səddini keçə bilərik. Səhvlərimiz üzərində işləyəcəyik. Cavab matçına yaxşı hazırlaşacağıq və səfərə qələbə üçün gedəcəyik.

 

Xəbər xətti