"Hələlik heç bir telekanalla danışıqlar aparmamışıq"
Avroliqanın I təsnifat mərhələsinin cavab oyununda iyulun 10-u "İnter" Moldova "Tiraspol"unu qəbul edəcək. Bu qarşılaşmanın televiziya vasitəsi ilə yayımlanıb-yayımlanmayacağı isə hələ bilinmir.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Hələlik bu məsələ dəqiq bilinmir. Belə ki, heç bir telekanalla danışıq aparmamışıq. Bu məsələyə bazarertəsi aydınlıq gələcək"
saytlarin hazirlanmasi