Ağayev və Məmmədov qarşılaşmanı tribunadan izləyəcək
Avroliqanın ilkin təsnifat mərhələsinin cavab oyununda “Tiraspol”u qəbul edəcək “İnter” iki yerli futbolçusundan məhrumdur.
Sportal.az xəbər verir ki, komandanın aparıcı oyunçuları Elvin Məmmədov və Səlahət Ağayev “Tiraspol”a qarşı ev oyununda böyük ehtimalla iştirak etməyəcəklər. Hər iki futbolçu zədədən əziyyət çəkir.
Qeyd edək ki, cavab oyunu sabah baş tutacaq və ilk oyun "İnter"in səfərdə 3:2 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi