Dünya futbolunda baş verən nadir hadisə "İnter" - "Tiraspol" matçında təkrarlandı

00:01 - 11 İyul 2014

"Şəfa"da maraqlı an yaşandı
 
“Şəfa”da baş tutan “İnter” – “Tiraspol” (3:1)oyununda tarixi hadisə baş verib.
 
Sportal.az xəbər verir ki, “Tiraspol”un qapıçısı Georgi Georgiev Madriqala qarşı kobud oyuna görə meydançadan qovulub.


Moldova klubunun baş məşqçisi 3 əvəzləməni də etdiyi üçün sahə oyunçusu Boqdan Hauşi qapıya keçib və Baçana Sxadadzenin penaltisini qaytarıb.

Amma penaltidən dərhal sonra qurulan hücumda Arif Daşdəmiro qol vurub. Az sonra isə Baçana özü ikinci penaltini dəqiq yerinə yetirə bilib.

 

Xəbər xətti