"Komanda bu qələbəyə layiq idi"
Dünən Avroliqanın I təsnifat mərhələsinin cavab qarşılaşmasında "İnter" "Tiraspol"u 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bu mərhələdə "İnter"in rəqibi İsveçin "Elfsborq" komandası olacaq.
Sportal.az xəbər verir ki, dünən "Tiraspol"la matçdan sonra klub prezidenti Georgi Nikolov jurnalistlərin qarşısına çıxıb.
"Qarşılaşma bizim üçün bir qədər gərgin keçdi. Çünki ilk dəqiqələrdən qapımızda qol gördük. İkinci hissəyə gəlincə, məncə, özünüz yazıq rəqibin başına gələnləri gördünüz. Yenidən bunları təkrarlamağa ehtiyac olmadığını düşünürəm. Nə baş verməli idisə, o da oldu. Komanda bu qələbəyə layiq idi.
Mən realist adamam. Ona görə də indidən deyə bilmərəm ki, yüz faiz rəqibimizi keçəcəyik. Şansları bərabər qiymətləndirmək lazımdır. Nə qədər çox mərhələ keçsək, bir o qədər yaxşıdı".
saytlarin hazirlanmasi