"İnter" ikinci mərhələdə İsveç klubu ilə qarşılaşacaq
Paytaxt klubumuz ilk mərhələdə Moldovanın "Tiraspol" klubunu iki oyunun nəticəsinə əsasən 6-3 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi.
Sportal.az xəbər verir ki, ikinci mərhələdə rəqib İsveçin "Elfsborq" klubudur. İsveç təmsilçisi klubumuzu 17 800 nəfər azarkeş tutumuna malik "Boras Arena"da qəbul edəcək. Oyun iyulun 17-də keçiriləcək.
Boras Arena
saytlarin hazirlanmasi