Sportal.az xəbər verir ki, gürcüstanlı mütəxəssis oyundan sonra bunları bildirib::
"Güclü və təcrübəli komanda ilə oynadıq. Bu oyuna ciddi hazırlaşmışdıq. Rəqibin oyununu müəyyən etdik. Əgər yaradılan imkanlardan maksimum istifadə etsəydik, daha çox qol vura bilərdik. Ancaq unutmayaq ki, "Elfsborq" yaxşı hücumlar təşkil edir, ona görə hələ heç nə bitməyib. Bakıdakı cavab matçına yaxşı hazırlaşmalıyıq. Daha çox qol vurmağımıza emosiyalar mane oldu. Futbolçular bu oyuna yaxşı köklənmişdilər. Lakin soyuqqanlılıq çatışmadı. Bu, çox vacib amildir". (1news.az)