"Elfsborq"un baş məşqçisi: "Bizim günümüz deyildi"

00:39 - 18 İyul 2014

"3:0 və ya 4:0 hesabı ilə qalib gələ bilərdi"
 
Avroliqanın II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Bakı "İnter"inə 1:0 hesabı ilə uduzan "Elfsborq"un məşqçisi Yan Mian oyunla bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Y.Mian komandasının yaxşı vəziyyətdə olmadığını deyib:

"Komanda yaxşı vəziyyətdə deyil. Müdafiədə yaxşı oynamadıq. Xüsusilə də, ikinci hissədə. Ancaq ümumilikdə fasilədən sonra daha yaxşı oynadıq. Bakıdakı cavab görüşündə müsbət nəticə qazanacağımıza ümid edirəm. "İnter" 3:0 və ya 4:0 hesabı ilə qalib gələ bilərdi. Bizim günümüz deyildi". (1news.az)


 

Xəbər xətti