Sportal.az xəbər verir ki, İsveç mətbuatına danışan təcrübəli futbolçu komandasını bir qədər qorxaq oynadığını bildirib:
- İlk oyunda "İnter"ə 0:1 hesabı ilə məğlub oldunuz...
- Əlbəttə, buna görə çox məyusuq. Biz daha yaxşı nəticəyə, qələbəyə ümid edirdik.
- Səhviniz nə idi?
- Gücümüzü bilirik, ancaq səviyyəmizdən aşağı oynadıq. Oyuna nəzarət etməli olsaq da, topu rəqibdən ala bilmirdik.
- Hücumda nə çatışmadı?
- Bunların hamısı hərəkətli olmamağımız və topla lazımi səviyyədə davrana bilməməyimizlə əlaqədardır. İstənilən səviyyədə, rahat oynaya bilmədik. Hətta bir qədər qorxaq futbol nümayiş etdirdik.
- Uğursuzluğun səbəbi rəqibi qiymətləndirməməyinizlə bağlı ola bilərmi?
- Xeyr, mən belə deməzdim. Rəqibin yaxşı, təşkilatlanmış komanda olması ilə bağlı daha öncə məlumatlandırılmışdıq. Sadəcə, onlara qarşı oyuna hazır deyildik.
- "İnter"in oyun ərzində bir neçə real qol vəziyyətləri oldu. Bu görüşdə 0:1 hesabı ilə məğlub olduğunuz üçün sevinə bilərsiniz?
- Doğma meydanda qol vurmadan məğlub olmaq yaxşı deyil. Ancaq oyuna baxarkən rəqibin çox səviyyəli futbolçulardan təşkil olunduğunu söyləmək olar. Əlbəttə, oyun 0:1 hesabı ilə başa çatdığı üçün sevinməliyik. Çünki rəqib 1:0, 2:0, 3:0 və hətta 4:0 hesabı ilə də qalib gələ bilərdi. (qol.az)